Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyətinə rəhbərlik edən Zərdablı general-mayor – İnqilab Muradov

0
inqilab-muradov-zerdab-general

Dünən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları da gətirilib.

Zerdab.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyətinə general-mayor İnqilab Muradov başçılıq edib.

Zerdab.com saytı xəbər verir ki, Prezident İlham Əliyevin hələ 2019-cu ilin mart ayında imzaladığı sərəncamla İnqilab Heydər oğlu Muradova general-mayor hərbi rütbəsi verilib.

İnqilab Muradov 1967-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olub. 1984-1988-ci illərdə Rusiyanın Kamışinski Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. 1993-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edir.
30 iyun 2002-ci ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Həmçinin İnqilab Muradov “Qüsursuz xidmətlərə görə”, “Hərbi xidmətlərə görə”, 2 və 3 dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları ilə də təltif olunub.
Prezidentin sərəncamı ilə 2018-ci ildən İnqilab Muradov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavinidir.

10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradında Daxili Qoşunların parad heyətinə general-mayor İnqilab Muradov başçılıq edib.

Həmyerlimizlə fəxr edir, uğurlarının davamlı olmasını diləyirik.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

9 − 7 =