Zərdabda daha bir qazi ailəsinə yardım edildi – Fotolar

0

Vətən müharibəsində yaralanmış Mirzəliyev Roman Aleksandr oğlunun əlilliklə bağlı sənədləşmə işləri başa çatandan sonra ona əlillik  təyin olunacaq, hər ay  təqaüd və müavinətlə təmin ediləcək. Ailə üzvlərinin məşğulluğuna  dəstək işləri də aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Zerdab.com-a verilən məlumata görə, nazirliyin əməkdaşları qazinin ailəsində (Zərdab rayonu) olarkən bu barədə məlumat veriblər.

Görüş zamanı ailəyə Heydər Əliyev Fondunun ərzaq yardımı da çatdırılıb.

Roman hazırda evdə müalicəsini davam edir. Atası Aleksandr Mirzəliyevə özünüməşğulluq proqramı çərçivəsində onun üçün kiçik təsərrüfat yaradılması təklif edilib. Lakin o, ödənişli ictimai işlərdə işləmək istədiyi üçün yaxın günlərdə həmin işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb. Qazinin anasının istəyi əsasında onun da işlə təmin olunması nəzərdə tutulub.

Romanın özü  müddətdən artıq hərbi xidmət  edən hərbi qulluqçudur. Qardaşı Xəyyam həqiqi hərbi xidmətdədir. İki bacısı isə məktəblidir.

Ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanacaq.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eleven − seven =