Zərdablı fermeri görün necə aldadıblar – Polisdən qaça bilmədilər

0
zerdab-vakansiya-isci-axtarilir

Zərdab rayonunun Dəliquşçu kənd sakini olan fermerə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Zerdab.com saytına verilən məlumata görə, Zərdab rayon Dəliquşçu kənd sakini olan fermerlə mobil telefonla əlaqə saxlayaraq onun yanında çoban işləyəcəyini vəd edərək dələduzluq yolu ilə 1150 manat pulunu ələ keçirən şəxslər saxlanılıblar.

Araşdırmalar nəticəsində həmin şəxslərin başqa insanlara qarşı da bu yolla dələduzluq etdikləri müəyyənləşib.

Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl Abbasov, əvvəllər məhkum olunmuş Daşkəsən rayon Dəstəfur kənd sakini Elvin Mürsəlov və onun qardaşı Rahib Mürsəlovun əvvəlcədən əlbir olaraq müxtəlif fermerlərlə əlaqə saxlayaraq yanlarında çoban işləyəcəkləri, lakin hazırda işlədikləri fermerə pul borclu olduqları üçün onlardan müəyyən miqdara pul aldıqları müəyyən edilib.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi işi cinayət işi başlanıb, hazırda həmin şəxslərin digər şəhər və rayonlarda anoloji cinayət törədib-törətməməsi istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

sixteen − four =