Zərdabda 2 avtomobil toqquşub, xəsarət alan var

0
39

Zərdab rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması zamanı 1988-ci il təvəllüdlü Yediyarov Cəmaləddin Eynulla oğlu müxtəlif xəsarətlər alıb. Yaralı əvvəlcə Zərdab rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması və qabırğaların sınığı diaqnozları qoyulub

C.Yediyarov daha sonra Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Report