Zərdab polisi Sahib Həsənovu niyə tutub? – Rəsmi açıqlama

0
zerdab-rayon-polis-sobesi

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsi və satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Zerdab.com-a verilən məlumata görə, RPŞ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sahib Həsənov tutulub.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı S.Həsənovdan sellofan torbada təmiz çəkisi 500 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edib və öz istifadəsi ilə yanaşı, satmaq niyyəti ilə əldə etdiyini etiraf edib.

Qeyd olunan faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eighteen − seventeen =