Millət vəkili Jalə Əliyeva Zərdabda seçicilərin onlayn qəbulunu keçirib – Fotolar

0
zerdab-qebul-secici

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda seçiciləri ilə onlayn formatda növbəti qəbulunu keçirib.

Zerdab.com saytına verilən məlumata görə, qəbulda 21 nəfər iştirak edib. 4 saat davam edən videoqəbulda vətəndaşların müxtəlif səpkili xahiş və təklifləri dinlənilib.

Müraciətlərin əksəriyyəti məşğulluqla, işə düzəlmə ilə bağlı olub. Eyni zamanda əilliyin təyin edilməsində mövcud olan yerli xarakterli neqativ hallar deputatın diqqətinə çatdırılıb.

Qəbulda sosial müavinətlərin verilməsi ilə bağlı məhdudiyyətlər ətrafında fikir mübadiləsi aparılıb. Qəbulda iştirak efən 1-ci Qarabağ müharibəsində şəhid olmuş əsgərin atası, oğlunun şəhidlik statusunun müəyyənləşdirilməsində deputatın köməklik göstərməsini ondan xahiş edib. Seçicilər rayonda şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı arzularını da deputatın diqqətinə çatdırıblar.

Deputat Jalə Əliyeva bu məsələnin hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqətində olduğunu seçicilərinin nəzərinə çatdırıb, müqəddəs şəhidlərimizin adının Zərdab rayonunda da əbədiləşdirilməsi üçün artıq əməli addımlar atıldığını, bu məsələnin qısa zamanda müsbət həlli üçün mümkün olan köməyi göstərəcəyini bildirib.

Qaldırılan məsələlərin bəziləri ətraflnda qəbul əsnasında şifahi olaraq əlaqədar icra orqanları ilə telefon vasitəsilə söhbət aparılıb və kömək istənilib.

Digər məsələlər haqqında isə deputat tərəfindən əlaqədar qurumlara yazılı müraciət ediləcəkdir.

Zerdab.com


Şərh yaz

Please enter your comment!
Please enter your name here

two × 5 =