Zərdablı şəhid Ağaqardaş Abbasovun qızı dünyaya gəldi

0
40

5 il övlad həsrəti çəkən Zərdablı şəhid baş leytenant Ağaqardaş Abbasovun qız övladı dünyaya gəlib.

Baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28 Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub.

Qəhrəman şəhidimiz Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirib.

Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib.

Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib.

Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün də çalışıb.

O, 28 sentyabr tarixində – ad günündə snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.

Beş il övlad həsrəti çəkən və Vətən müharibəsində şəhid olmuş baş leytenant Ağaqardaş Abbasovun qız övladı doğulub.

O, şəhidlik zirvəsinə ucalmazdan əvvəl doğulacaq körpəsinə İlknur adını qoyubmuş.Allah rəhmət eləsin.

Zerdab.com