Millət vəkili Jalə Əliyevanın təşəbbüsü ilə başladılan kampaniya uğurla davam edir – Zərdabda 51 qazi ailəsinə ərzaq yardımı edildi – Fotolar

0
millet-vekili-jale-eliyeva

Millət vəkili, professor Jalə Əliyevanın həmtəsisçisi olduğu Həsən bəy Zərdabi İrs Mərkəzi Zərdab rayonundan olan İkinci Vətən Müharibəsi qaziləri və onların ailələrinə ərzaq yardımı edib.

Zerdab.com saytı xəbər verir ki, bir neçə gün öncə millət vəkilinin, həmçinin həmtəsisçisi olduğu Mərkəzin təşəbbüsü və iştirakı ilə qazi ailələrinə geniş dəstək məqsədilə layihəyə – kampaniyaya start verilib.

Layihənin ilk mərhələsində Zərdab rayonunda yaşayan 51 qazi ailəsinə ərzaq yardımı göndərilib.

Layihə çərçivəsində qazilərin sosial, hüquqi, tibbi problemlərinin hər zaman diqqət mərkəzində saxlanılması, müvafiq yardımlar göstərilməsi nəzərdə tutulur.


Həsən bəy Zərdabi İrs Mərkəzinin yaydığı açıqlamada deyilir:

“Azərbaycanda sosial sahədə əsas prioritetlərdən biri kimi şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi ilə bağlı dövlət siyasətinə bir vətəndaş kimi dəstək olmağa çalışırıq.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin müqəddəs ruhlarına və sağlamlığını fəda etmiş qazilərimizə bir ömür boyu borcluyuq!

Unutmarıq və unutdurmarıq!

Layihəmizə dəstək verən, adlarını daha əvvəlki məlumatlarımızda açıqladığımız dəyərli həmyerlilərimizə, eyni zamanda sovqat qutularının təşkili və paylanmasında bizə yaxından kömək edən millət vəkili Jalə Əliyevanın köməkçisi Firdovsi Eyvazova, Zərdab “Sunny” marketin əməkdaşı Ülvi İsrafilova və gənc könüllü Tofiq Qədimova xüsusi təşəkkürümüzü bildiririk”.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

thirteen − one =