Zərdabda evdən 25 min manat pul oğurlanıb – Şübhəli bilinən qadın saxlanıldı

0
28
zerdab-rayonu

Zərdabda evdən oğurluq edən şəxs tutulub.

Zerdab.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki evlərin birindən 6 000 manat, 9 600 ABŞ dolları və 100 000 rubl oğurlamaqda şübhəli bilinən Yarməmmədbağı kənd sakini N.Mustafayeva saxlanılıb.