Zərdabda daha bir avtomobil yolunun təmirinə başlandı – Fotolar

0
26
zerdab-yol-temir

Zərdab rayonunda yol infrastrukturunun yenidən qurulması istiqamətində tədbirlər davam edirilir.

Zerdab.com saytı xəbər verir ki, son illər ərzində Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zərdab rayonu ərazisində Ucar-Zərdab-Ağcabədi, Zərdab-Mollakənd, Zərdab-Yuxarı Seyidlər-Siləyli, Zərdab-Qaravəlli, Birinci Alıcanlı, Ağsu-Kürdəmir-Bəhrəmtəpə-Zərdab, Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolları yenidən qurulub.

Hazırda isə rayon ərazisində “AZ TİM” MMC tərəfindən 4,6 kilometrlik Körpükənd və 9,3 kilometrlik Lələağacı-Yarməmmədbağı-Pərvanlı avtomobil yollarının yenidən qurulması işlərinə başlanılıb.

Bu, Novruz bayramı ərəfəsində kənd sakinləri üçün ikiqat sevinclə qarşılanıb. Onlar sosial layihələr çərçivəsində yol infrastrukturunun yenilənməsini, eləcə də yaşayış məntəqələrinin qazlaşdırılmasını, əhalinin elektrik enerjisi, təbi qaz və su təchizatının daha da yaxşılaşdırılmasını yüksək dəyərləndirir, görülən bütün işlərə görə dövlət başçısına minnətdarlıq edirlər.