Zərdabın icra başçısı yeni çəkilən yolda görülən işlərlə tanış olub, sakinlərlə görüşüb – FOTOLAR

0
merdan-camalov

Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən biri də yol infrastrukturunun yenidən qurulmasıdır.

Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, son illər Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən Zərdab rayonu ərazisində Ucar-Zərdab-Ağcabədi, Zərdab-Mollakənd, Zərdab-Yuxarı Seyidlər-Siləyli, Zərdab-Qaravəlli, Birinci Alıcanlı, Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab, Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolları yenidən qurulmuşdur.
Hazırda rayon ərazisində “AZ TİM” MMC tərəfindən 4,6 km uzunluğunda Körpükənd və 9,3 km uzunluğunda Lələağacı-Yarməmmədbağı-Pərvanlı avtomobil yollarının yenidən qurulması işlərinə başlanılmışdır.
Novruz bayramı ərəfəsində rayon rəhbərliyi həmin kəndlərin ərazisində görülən işlərlə tanış olmuş, bir qrup kənd ağsaqqalları ilə görüşmüşdür. Avtomobil yolunun tikintisi kəndlərin sakinləri tərəfindən rəğbətlə qarşılanmışdır. Onlar sosial layihələr çərçivəsində yaşayış məntəqələrinin qazlaşdırılmasını, elektrik və yol infrasturukturunun yenilənməsini dövlətin qayğısı kimi dəyərləndirməklə, görülən bütün işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

16 − 11 =