Zərdabda ikimərtəbəli ev yandı – Açıqlama

0
48
zerdab-rayonu

Zərdab rayonunda ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Zerdab.com saytına verilən məlumata görə, hadisə Qoşaoba kəndində baş verib.

Belə ki, ümumi sahəsi 280 kvadratmetr olan, altı otaqdan və aynabənddən ibarət evin ikinci mərtəbəsində bir otağı və dam örtüyü yanıb. Yüksək temperaturdan digər otaqların lambirindən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zerdab.com