Millət vəkili Jalə Əliyeva qazi Təbriz Əlizadənin müayinə və müalicə məsələsini üzərinə götürdü – Hazırda işlər aparılır

0
33
jale-eliyeva-zerdab-qazi-tebriz

92-saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva Zərdab rayonuna səfəri çərçivəsində Vətən müharibəsi qaziləri ilə də görüşüb, onları evlərində ziyarət edib.
Zerdab.com saytı xəbər verir ki, millət vəkili onların vəziyyətləri ilə tanış olub, problemləri ilə maraqlanıb, həllini gözləyən bəzi məsələləri yerindəcə həll etməyə çalışıb.
Millət vəkilimizin görüşdüyü 5 qazi içərisində səhhətində ciddi problemlərdən biri də Vətən müharibəsi döyüşlərində aldığı kontuziya nəticəsində nitqini itirmiş Təbriz Əlizadədir.
Millət vəkilimiz Təbriz Əlizadə və onun ailəsi ilə görüşdüyü gündən etibarən Müdafiə Nazirliyi və digər müvafiq orqanlarla əlaqə saxlayaraq qazimizin ciddi müayinə və müalicəyə ehtiyacı olduğunu diqqətə çatdırıb, bu işdə köməklik göstərilməsini xahiş edib.
J. Əliyevanın köməkliyi ilə qazimiz artıq paytaxta gətirilib, onun MRT və KT müayinəsi üzrə işlər aparılır.
J. Əliyeva Təbrizin ailəsinin mənzil şəraitinin də ürəkaçan olmadığını bildirib: “Hər iki məsələni iş həftəsinin ilk günlərində əlaqədar dövlət qurumlarının diqqətinə çatdıraraq köməklik göstərilməsini xahiş edəcəyik. Üzərimizdəki haqqınız böyükdür, əziz Qazilər!”.

Qeyd edək ki, hazırda bu məsələ ilə bağlı dövlət qurumları ilə iş aparılır.
Millət vəkilimizin digər qazilərlə, həmçinin şəhid ailələri ilə görüşü barədə də məlumat verəcəyik.

Zerdab.com


Bir 5 nəfər, ayakta duran insanlar və açıq Havada görseli olabilir