Millət vəkili Jalə Əliyeva Zərdabda vətəndaşların qəbulunu keçirib – Müraciətlər hansı məsələlərlə bağlı olub?

0
28
jale-eliyeva-zerdab

92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva Zərdabda seçicilərin növbəti qəbulunu keçirib.
Zerdab.com saytına verilən məlumata görə, vətəndaşların qəbulu ilk dəfə olaraq bu dəfə Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilib.
Vətəndaşların qəbulunu əvvəlkilərdən fərqləndirən bir məqam da görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin iştirak etməsi olub.
Belə ki, qəbulda Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov iştirak ediblər.
Görüş zamanı millət vəkili, seçicilərin problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət problemləri və işlə təminat kimi məsələlərlə əlaqədar müraciət ediblər.
Jalə Əliyeva sözügedən məsələlərin öz həllini tapması üçün aidiyyəti qurumlara bununla bağlı müraciət edəcəyini, onların qarşısında məsələ qaldırılacağını bildirib. Bəzi müraciətlərlə bağlı məsələlər isə elə yerindəcə həll olunub.