XTQ-nin əslən Zərdabdan olan qəhrəmanı rayonumuza gəldi – SƏBƏB + Fotolar

0
120
cavid-hesenov-zerdab-otmanoba

Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsində qəhrəmanlıqlar göstərmiş igidi, maraqlı çıxışı ilə sosial şəbəkələrdə məşhurlaşmış Cavid Həsənov Zərdab rayonuna gəlib və şagirdlərlə görüşüb.

Zerdab.com saytı xəbər verir ki, Zərdab şəhər 1 saylı məktəb-liseydə qazilərimiz Cavid Həsənov və Elnur Abdullayevlə görüş keçirilib.

Qaçay İbişovun təşkilatçılığı ilə keçirilən görüşdə liseyin müəllim və şagird kollektivi iştirak edib.

Görüşdə Cavid Həsənov 44 günlük Vətən Müharibəsində keçdikləri yollardan, çətin sınaqlardan, əlbəyaxa döyüşlərdən söhbət açıb.

O, şagirdlərə hər zaman əzmli, vətənpərvər, vətənə layiqli övlad olmağı, uğur qazanmağın ancaq yaxşı təhsildə, nümunəvi təlim-tərbiyədə olduğunu qeyd edib.

Şagirdlərin bir-birindən maraqlı kompozisiyaları, söylədikləri şeirlər qazilərimizi kövrəldib, onlarda xoş duyğular yaradıb.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin məşhur qəhrəmanı Cavid Həsənov 1988-ci ildə Zərdab rayonunun Otmanoba kəndində anadan olub.

Biz də öz növbəmizdə bu görüşdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Belə görüşlər qazilərdə ruhyüksəkliyi yaratmaqla yanaşı, şagirdlərin həyata baxışında, onların şəxsiyyət kimi formalaşmalarında da dərin izlər buraxır.

dur ki, karantin rejimi qaydaları gözlənilməklə belə görüşlərin Zərdabın digər təhsil ocaqlarında da keçirilməsi hər kəsin ürəyincə olardı.

Zerdab.com  

Bir 5 kişi, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı 'SHOT ON MI9 9 AI TRIPLE CAMERA 2021/4/5 10:46' görseli olabilir
Bir 5 kişi, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı 'SHOT ON MI 9 AI TRIPLE CAMERA 2021/4/5 10:46' görseli olabilir
Bir 4 kişi, ayakta duran insanlar ve şunu diyen bir yazı 'oT ON MI 9 TRIPLE CAMERA 2021/4/5 10:45' görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir bir veya daha fazla kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 4 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 1 kişi ve iç mekan görseli olabilir
Bir 1 kişi, ayakta ve iç mekan görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar, oturan insanlar, iç mekan ve ofis görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 5 kişi, oturan insanlar, ayakta duran insanlar ve şunu diyen bir yazı 'SHOT ON MI 9 AI TRIPLE CAMERA 2021/4/5 09:12' görseli olabilir