Nazir Zərdab Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin etdi – ƏMR

0

Daxili İşlər Nazirliyinin Zərdab Rayon Polis Şöbəsinə rəis müavini təyin edilib.

Nazirlikdən Zerdab.com saytına verilən xəbərə görə, nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kürdəmir RPŞ-nin təhqiqat bölməsinin rəisi, polis mayoru İkram Əhmədov vəzifəsindən çıxarılıb.

Nazirin digər əmri ilə mayor İ.Əhmədov Zərdab RPŞ-nin əməliyyat işi üzrə rəis müavini təyin olunub.

Məlumat üçün bildirək ki, bu təyinata qədər həmin vəzifədə polis polkovnik-leytenantı Amil Seyfullayev çalışırdı.

Amil Seyfullayev nazirin əmri ilə bir müddət öncə Astara Rayon Polis Şöbəsinin xidmət işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

two × four =