Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçdi – Yoluxmalar aşkarlanıb

0
30
zerdab-rayonu

Azərbaycanda daha iki məktəb koronavirus infeksiyası səbəbindən onlayn təhsilə keçib.

Zerdab.com  xəbər verir ki, Zərdab rayonunun Məlikmudlu və Çallı kənd orta məktəblərində şagirdlər arasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Bu səbəbdən hər iki məktəbdə təhsil müvəqqəti olaraq dayandırılıb və onlayn təhsilə keçilib.

Hazırda hər iki təhsil ocağında dezinfeksiya işləri aparılır.

Zerdab.com