Zərdab polislərindən uğurlu əməliyyat – Cinayətkarlar rayon ərazisində gizlənmək istəyiblər…

0
Zərdab-Rayon-Polis-Şöbəsi-768x423

Quldurluq hadisəsi törədən şəxslər Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Zerdab.com saytına verilən məlumata görə, aprelin 7-də Yevlax şəhəri ərazisində şəhər sakini İ. Məcidovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfərin Beyləqan rayonuna getmək istədikləri, lakin Avşar kəndi ərazisində sürücünün baş nahiyəsinə küt alətlə xəsarət yetirib nəqliyyat vasitəsində hadisə yerini tərk etmələri barədə Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ələsgərov və Gəncə şəhər sakini C.Quliyev Zərdab RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Ağcabədi RPŞ-yə təhvil veriliblər.

Avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Ətraflarında aparılan tədbirlərlə onların Ağcabədi rayonu ərazisindəki iki yardımçı təsərrüfatdan ümumilikdə 19 baş qoyun oğurlamaları müəyyən edilib.

Onlar izahatlarında cari ilin mart ayında Tərtər rayonu ərazisində daha 11 baş qoyun oğurlamalarınıda bildiriblər.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eighteen + 5 =