Zərdab sakini maraqlı təcrübəsi ilə hamını təəccübləndirir – Türkiyə telekanallarında görübmüş..

0
51

Zərdabın Qoruqbağı kəndinin sakini maraqlı bir təcrübəyə əl atıb. Belə ki, həyətyanı sahəsində bir neçə il kartof əksə də, məhsuldarlıq ürəyincə olmayıb. Buna baxmayaraq, həvəsdən düşməyib və araşdırmalarına davam edib.

Zerdab.com xəbər verir ki, bir gün Türkiyə telekanallarında gördükləri isə onun üçün yenilik olub. Belə ki, qardaş ölkə telekanallarında tez-tez göstərilən Türkiyə təcrübəsini öz həyətyanı sahəsində sınaqdan keçirmək qərarına gəlib.

O, kartofu zərərvericilərdən qorumaq və daha çox məhsul əldə etmək üçün bu dəfə kisələrdə əkib.

Maraqlıdır ki, kisənin içərisində kartof əkilən zaman torpaqdan istifadə olunmayıb.

Türkiyə təcrübəsinə əsasən, 60 gün ərzində məhsul artıq yetişməlidir. Ötən 30 gün ərzində əkilmiş kartoflar kifayət qədər böyüyüb və artıq çiçəkləmək üzrədir.

Qoruqbağı kənd sakininin Türkiyə təcrübəsini öz həyətində tətbiq etməsi çoxlarının marağına səbəb olub. Artıq ondan bu işi öyrənmək istəyənlər də çoxdur.

Məhsuldarlıq gözləniləndən yüksək olarsa, kənd sakini bu işi daha da genişləndirməyi düşünür.

Zerdab.com