Zərdabda koronavirusa görə iki məktəb bağlandı

0
zerdab-rayonu

Zərdab rayonunda iki məktəb distant təhsilə keçib.

Zərdab şəhər 3 saylı və Qaravəlli kənd orta məktəbləri şagird və müəllimlər arasında aşkarlanan koronavirusa yoluxma faktları səbəbindən distant təhsilə keçiblər. 

Faktı Zərdab Rayon Təhsil Şöbəsindən Oxu.Az-a təsdiq ediblər.

Bildirilib ki, hər iki məktəb koronavirusa yoluxma faktı səbəbindən qeyri-müəyyən müddətə distant təhsilə bağlanıb. 

Qeyd edək ki, daha əvvəl də Zərdabda iki məktəb koronavirusa yoluxma səbəbindən distant təhsilə keçmişdi. Onlardan rayonun Məlikmudlu kənd tam orta məktəbində artıq əyani təhsil bərpa edilib. Çallı kənd tam orta məktəbində isə həftənin birinci günündən etibarən tədris prosesi əyani şəkildə davam etdiriləcək.

Oxu.az

Şərh yaz

Please enter your comment!
Please enter your name here

8 + two =