Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində Zərdabda növbəti təlim keçirildi

0
gencler_fondu_gencliye-destek

“Gəncliyə dəstək” İctimai Birliyi “Region könüllüləri hərəkatında yeni mərhələ” adlı layihəsi çərçivəsində üçüncü təlimini həyata keçirib. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

Zerdab.com-a verilən məlumata görə, ilk öncə təşkilatın sədr müavini Eldar Xəlilov tədbiri açıq elan etdi və Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Təşkilatın sədri Vəfa Xəlilli Azərbaycan Gənclər Fondu, təşkilat və layihə haqqında ətraflı məlumat verib.

Sonra sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin aşılanması istiqamətində videoçarxlar təqdim olub.
Təşkilatın sədr müavini Eldar Xəlilov sosial könüllülük istiqamətində gəncləri məlumatlandırıb.

Təşkilatın idarə heyətinin üzvü Əlisurətli Röya vaxtın idarəolunması, gənclərin öz potensiallarının üzə çıxarılması və uğurlu karyera yolunda atılacaq addımlar istiqamətində təqdimatla çıxış etdi.

Layihənin məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir. Eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etmək və bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir.

Təlim zamanı gənclərə materiallar (dəftər, qələm, papka, buklet və köynək) və sertifikat paylanıldı. Çay süfrəsi zamanı bu istiqamətdə diskussiya aparıldı.

Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində növbəti təlim keçirilib - Gallery Image


image-245494044_4377408329032657_3310462728003516451_n
image-246206004_420779352989826_7576952046775645856_n
image-245550759_1812587035594701_6854230314136182301_n
image-246268919_400839091754124_3397309188387846993_n
image-245642600_1415892468804953_1546501303984934769_n

Şərh yaz

Please enter your comment!
Please enter your name here

five − four =