Avtomobili şəhid Rəhim Hüseynovun həyat yoldaşı özü idarə edirmiş – Dəhşətli qəzanın TƏFƏRRÜATLARI + VİDEOLAR

0
76
sehid-rehim-huseynov

Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda baş vermiş və şəhidin həyat yoldaşının ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Zerdab.com Nazirliyin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, oktyabrın 21-də saat 14:00 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun həyat yoldaşı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.

Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, qəza zamanı ölən G.Ələsgərova Vətən müharibəsi şəhidi, “Qarabağ” ordenli mayor Rəhim Hüseynovun həyat yoldaşıdır. O, Bakıdan rayona şəhid R.Hüseynovun anım mərasiminə gedirmiş.

Şəhid xanımının öldüyü qəzanın görüntüləri