Şəhid Rəhim Hüseynovun övladlarına ana nənəsi baxır – Babalarından açıqlama

0
sehid-rehim-huseynov

“Uşaqlarla tez-tez əlaqə saxlayırıq, gedib-gəlirik. Yoldaşım Bakıdan yenicə qayıdıb”.

Zerdab.com xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında ötən ay həyat yoldaşı qəzada ölən Şəhid mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov bildirib.

“Hikmət, Rüfət və Fikrət Bakıda, Xırdalan rayonunda ana nənəsi – Elza xanımın yanında qalırlar. Orada məktəbə gedirlər. Biz də gündəlik telefon vasitəsilə əlaqə saxlayırıq, yoldaşımla tez-tez Bakıya, onların yanına gedirik. Ortancıl nəvəm Rüfət rayonda idi. Dünən, məktəbə görə Bakıya qayıtdı”, – deyə Şəhid atası qeyd edib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

Rəsmi məlumata görə, Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, G. Ələsgərova Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı olub.

Onların 3 azyaşlı övladı qalıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × three =