BDU-da Həsən bəy Zərdabinin yubileyi ilə bağlı tədbir keçirilib

0
24

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan milli mətbuatının banisi Həsən Bəy Zərdabinin 170 illik yubileyi ilə bağlı tədbir və “Universitetin dostu” mükafatının təqdimat mərasimi keçirilib. Bu barədə www.zerdab.com saytına BDU-dan məlumat verilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə prezidentinin imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, H. Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın, ədəbi-bədii fikrin əsasını qoyub.

www.zerdab.com