Xanım iş adamı Bakıda Zərdablı tələbələri başına topladı – Maraqlı təşəbbüs – FOTOLAR

0
158
vefa-muradzade-telebeler1

Əslən Zərdab rayonundan olan, Azərbaycanın tanınmış xanım iş adamı Vəfa Muradzadə Bakıda təhsil alan zərdablı tələbələrlə görüşüb.

Məlumat üçün bildirək ki, Vəfa Muradzadə “Vəfa collection” sərgi-satış mərkəzinin rəhbəridir, Azərbaycanda öz brendini yaradan sahibkar xanımdır.

Zerdab.com saytı xəbər verir ki, görüşdə Zərdab rayonu üzrə 500-dən yüksək bal toplayaraq ali məktəbə daxil olmuş tələbələr iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd rayonumuzdan olan tələbələrlə tanışlıq, münasibətlərin qurulması, valideynlərindən uzaqda olan tələbələrə doğmalıq hisslərinin aşılanması və mənəvi dəstək ifadə olunmasıdır.

Görüşdə Zərdab rayonunda fəaliyyət göstərən “Zərdab yolu” Tədris Mərkəzinin rəhbəri, rayonumuzdan yüzlərlə abituriyentin tələbə adını qazanmasında bir ziyalı kimi xidmətlərini əsirgəməyən Natiq Eyvazov da iştirak edib.

Görüş olduqca səmimi mühitdə, maraqlı və rəngarəng keçib.

Xanım iş adamı Vəfa Muradzadə tədbirin keçirilməsi ilə bağlı bunları bildirib: “Üç ilə yaxındır həyata keçirə bilmədiyim bir istəyim dünən reallaşdı. Ali məktəblərə qəbul olunmuş, tələbə adını qazanmış Zərdab rayonundan və kəndlərindən olan gənclərimizin bir hissəsini çay süfrəsinə dəvət edərək tanış olduq. Bu, başlanğıc idi, hələ sıra ilə qalan zərdablı tələbələrlə də görüşəcəyik. Səmimi söhbət edib hər biri ilə ayrıca tanış olduq.

Gənclərin siyahısını, əlaqə nömrələrini əldə etmək üçün göstərdiyi köməyə görə Zərdab rayon Təhsil Şöbəsinin müdiri Gülağa İsgəndərova minnətdaram!

Bu işdə mənə çox böyük dəstək olan, bu görüş üçün Zərdabdan gələn, gənclərin sevimli müəllimi Natiq müəllimə dərin təşəkkürümü bildirirəm. Məqsədimiz gənclərin burada da bir evlərinin, bir məsləhət yerlərinin olduğunu onlara hiss etdirmək, onların bir-birini də tanımasına nail olmaq, bir-birilərinə çətin günlərində dəstək olmasını aşılamaq, fikir formalaşmasında, gözəl ideyalarının həyata keçməsində onlara dəstək olmaqdır. Uşaqlar çox gözəl ailə tərbiyəsi görmüş, istiqanlı, savadlı, əsl Zərdablı balalarıdır. Hər biri ilə qürur duymağa dəyər! Hər birinin valideynlərinə belə övladlar yetişdirdiyi üçün təşəkkür edirəm”.

Sonda bir məqamı da qeyd etmək yerinə düşər ki, Vəfa Muradzadə tələbələrlə bağlı mövzularda hər zaman həssaslıq nümayiş etdirir və əlindən gələni əsirgəmir. Belə ki, hələ bir neçə il öncə Zərdab rayonundan bir abituriyentin repetitor yanına getmədən 662 bal toplaması və maddi səbəblərdən təhsilini davam etdirə bilməməsi məsələsinin ortaya çıxması barədə Zerdab.com saytında məlumat verdiyimiz zaman məsələ ictimailəşmiş və ölkənin bütün Kütləvi İnformasiya Vasitələrində bununla bağlı informasiya yayılmışdı. V. Muradzadə tələbə adını qazanmış həmin şəxsin probleminin həllində əlindən gələni əsirgəməmişdi…

Keçirilən bu görüşü rayonumuzla bağlı bir ilk hesab etmək olar. Düşünürük ki, bu görüş indi tələbə, gələcəkdə cəmiyyətimizdə müxtəlif sahələrdə bir mövqe tutacaq gənclərimizdə özünəinamın formalaşmasında, öz ideya və düşüncələrinin həyata keçirilməsində bir stimul rolunu oynayacaq.

Vəfa xanım uğurlu bir iş adamı, cəmiyyətimizin tanınmış bir nümayəndəsidir. Odur ki, gənclər özləri də onun təcrübəsindən, aşıladığı fikirlərdən faydalanmaqda maraqlı olmalıdırlar…

Hər kəsə uğurlar…

Zerdab.com

Bir 7 kişi, çiçek ve iç mekan görseli olabilir

Bir 10 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 10 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 14 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 12 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 13 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir