Zərdab sakini Bakıda dəhşətli qəza törətdi – Ölən və yaralanan var

0
152

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Zerdab.com saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayonunun Z. Bünyadov prospektində yolu keçən Şərur rayon sakini Ramiyə Səfərova və Bakı şəhər sakini A. Əşrəfova “ZİL” markalı avtomobillə vurulub.

Araşdırmalar zamanı onların Zərdab rayon sakini N. Rəsulovun idarə etdiyi “ZİL” markalı avtomobillə vurulduğu müəyyən edilib.

Hadisə nəticəsində R. Səfərova hadisə yerində ölüb, A. Əşrəfova isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Zerdab.com