Məmmədqasımlı kəndi

4

Məmmədqasımlı kəndi rayon mərkəzindən 14 kilometr qərbdə, Zərdab-Ağcabədi şose yolunun yaxınlığında yerləşir. Kənd vaxtı ilə Kür sahilində salınsa da sonralar çay öz yatağını dəyişmiş, yerində axmaz qalmış, Kür isə kənddən 2 kilometr uzaq düşmüşdür.
Məmmədqasımlı camaatı əsasən heyvandarlıq, taxılçılıq, quşçuluq, pambıqçılıq, baramaçılıq, meyvəçilik, tərəvəzçilik, qismən də arıçılıq və balıqçılıqla məşğul olur.
Kənddə İcra Nümayəndəliyi, bələdiyyə, Sudan istifadə edənlər Assosiasiyası, orta məktəb, klub, uşaq bağçası, xəstəxana, özəl müalicə müəssisəsi, poçt şöbəsi, ATS, 14 bulaqdan ibarət modul tipli sutəmizləyici qurğu, mişar sexi, mağazalar, xidmət müəssisələri, məscid, dəyirman və s. var.
Zərdabda məskunlaşan dörd Müskürlü kəndindən biri olan Məmmədqasımlı keçmiş zamanlarda Müskürlü də adlandırılmışdır. Kəndin ilk sakinləri isə Məmmədqasım və onun yaxın adamları olmuşlar.
Məmmədqasımlı kəndinin adına XIX əsrin ortalarına aid sənədlərdə rast gəlinir. H. Zərdabi “Kaspi” qəzetində Məmmədqasımlı və Pərvanlı camaatından razılıq edərək yazır ki, “bu iki kəndin arasındakı “Dolanbaba” adlanan yerdəki taxıl sahəm yandırılanda mənə xüsusi rəğbəti olan Müskürlü və Pərvanlı camaatı mən gələnə qədər yanğını söndürə bilmişdi”…

Ərazisi 1623,99 hektar.
Əhalisi 2006 nəfər.

www.zerdab.com

4 ŞƏRH

  1. zerdab rayonu memmedqasimli kendinden mansurova cinare nizam qizini axtariram.

  2. CINARE XANIM MANSUROVA INDI MEMMEDQASIMLI KENDININ BASH HEKIMIDIR.

  3. Salam Ayten xanim Cinare hekim sizin nomrenizi isteyirdi elaqe saxlamaq uçun men Cinarenin sinif yoldawiyam

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × four =