Zərdab rayonunun Kəndəbil kəndində maarifləndirmə tədbiri keçirilib – FOTOLAR

0
65
zerdab-kendebil

“Gəncliyə Dəstək” İB layihə çərçivəsində Zərdab rayonunun Kəndəbil kəndində maarifləndirmə tədbiri keçirib.

Zerdab.com xəbər verir ki,“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliği” adlı layihəsi çərçivəsində nəzərdə tutulmuş maarifləndirmə tədbirlərinin yeddincisi 23 aprel 2022-ci ildə həyata keçirib. Bu tədbir Kəndəbil, Şıxbağı, Nəzəralı kəndlərindən 46 nəfər məktəbli, müəllim və valideynin iştirakı ilə Kəndəbil kənd mədəniyyət evində keçirilib. Tədbiri açıq elan edən təşkilatın sədr müavini Eldar Xəlilov gənclərin peşə seçimində düzgün qərar verməsinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı missiya olduğunu bildirib. Gənclərin gələcək karyeralarında peşə seçiminin önəmli faktor olmasını bildirib. Təşkilatın sədri Vəfa Xəlilli çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib. Təşkilatın könüllüsü Teymurzadə Fidan peşə təhsilinin önəmindən danışıb. Həmçinin tədbirdə Kəndəbil kənd tam orta məktəbinin direktor əvəzi bu mövzu istiqamətində maarifləndirmə etdikləri üçün Agentliyə və Təşkilata təşəkkürlərini bildiriblər. Tədbir iştirakçılarına materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb. Qeyd edək ki, layihə 4 ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək. Layihənin məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.

“Gəncliyə Dəstək” İB layihə çərçivəsində Zərdab rayonunun Kəndəbil kəndində maarifləndirmə tədbiri keçirib

image-278927754_1149305945894924_7001595078992567034_nimage-279063957_588107762199638_3481756854868221283_nimage-278716763_339094378285937_8299568925817128039_nimage-278780696_753711745803974_3420752245548155518_nimage-278907380_534259914929630_2490556993905404049_n