Gəndəbil kəndinin komandası futbol üzrə Zərdab çempionu oldu – Kubokun təqdimatından FOTOLAR

0
172
futbol-cempionati-zerdab.png
Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının və Zərdab Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə keçirilən futbol idman növü üzrə rayon çempionatına yekun vurulub.
Zerdab.com saytına verilən məlumata görə, 14 aprel 2022-ci il tarixdən etibarən başlamış və 14 həvəskar komandanın iştirak etdiyi çempionatda ümumilikdə 38 oyun keçirilib.
7 iyun 2022-ci il tarixdə keçirilən Gəndəbil və Gödəkqobu kənd komandalarının qarşılaşdığı final oyununda əsas və əlavə vaxtda hesab açılmayıb. Penaltilər seriyasında Gəndəbil komandası 7-6 üstün olaraq çempionatın qalibi adını qazanıb.
Çempionatın bağlanış mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev və Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. Çempionatda qalib olmuş Gəndəbil kənd komandasına kubok, diplom və hədiyyə, ikinci yeri tutmuş Gödəkqobu kənd komandasına, həmçinin digər komandalara və idmançılara təşkilatçılar tərəfindən müxtəlif naminasiyalar üzrə diplom və hədiyyələr təqdim olunub.
Zerdab.comBir bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 1 kişi, ayakta ve gökyüzü görseli olabilirBir 12 kişi, spor yapan insanlar, ayakta duran insanlar ve çim görseli olabilir
Bir 7 kişi ve ayakta duran insanlar görseli olabilirBir 7 kişi ve ayakta duran insanlar görseli olabilirBir 8 kişi ve ayakta duran insanlar görseli olabilirBir 8 kişi ve ayakta duran insanlar görseli olabilirBir 7 kişi ve ayakta duran insanlar görseli olabilirBir 6 kişi ve ayakta duran insanlar görseli olabilir