Millət vəkilimiz Jalə Əliyeva Zərdab rayonundan olan seçiciləri videoformatda qəbul edib – FOTOLAR

0
5386

Millət vəkilimiz, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva 18 iyun tarixində Zərdab rayonunda videoformatda növbəti qəbulunu keçirib. Qəbulda Zərdab rayonunun Körpükənd kəndi, Məmmədqasımlı, Gəlmə, Sahhüseynli, Məlikli və Çallı kəndlərindən, eyni zamanda Zərdab şəhərindən vətəndaşlar iştirak edib.

Zerdab.com saytı xəbər verir ki, deputat Jalə Əliyevanın ötən ay rayonda – Heydər Əliyev Mərkəzində keçirdiyi qəbuldan sonra ötən müddət ərzində vətəndaşların deputatın rayondakı iş otağına müraciətləri əsasında təşkil edilən onlayn qəbulda qaldırılan məsələlər əsasən fərdi xarakterli – torpaq sahəsinin verilməsi, işə düzəlmə, təhsil haqqının ödənilməsi, fərdi ev təmiri, sosial müavinət, əlilliyin təyin edilməsi, məhkəmə işi və s. ilə bağlı olub. Qaldırılan məsələlər deputat tərəfindən diqqətlə dinlənilib və müsbət həlli istiqamətində köməklik göstərilməsi üçün əlaqədar qurumlara müraciət ediləcəyi bildirilib. Onlayn qəbul məmnunluq və səmimiyət ortamında keçib.

Zerdab.com

Bir 3 kişi ve yazı görseli olabilir

Bir 3 kişi ve yazı görseli olabilirBir 3 kişi ve yazı görseli olabilirBir 3 kişi ve yazı görseli olabilirBir 3 kişi ve yazı görseli olabilirBir 3 kişi ve yazı görseli olabilirBir 3 kişi ve yazı görseli olabilirBir 3 kişi ve yazı görseli olabilir