Zərdabda mənaları anlaşılmayan yol nişanları yeniləri ilə əvəzlənir

0
150
zerdab-rayonu-zerdab

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi layihələrin icrasını mərhələli şəkildə davam etdirir.

İdarədən Zerdab.com saytına bildirilib ki, yol infrastrukturunda nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması və bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılması üzrə aidiyyəti vəzifələrin icrası Baş Dövlət Yol Polisi İdarəsinin gündəlik fəaliyyətinin prioritetlərindəndir.

Dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də Dövlət Yol Polisi qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası Baş idarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə aparılır.

Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Zərdabda istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəzlənməsi işləri, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası həyata keçirilir.

Zerdab.com