Zərdabda Vətən müharibəsi şəhidi İbrahim Rüstəmlinin doğum günü qeyd olunub

0
178
zerdab-sehid-ibrahim-rustemli

Zərdab rayonunun Şahhüseynli kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Rüstəmli İbrahim Mirzağa oğlunun doğum günü qeyd olunub.

Zerdab.com saytına verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müavin və şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər. İlk olaraq Şahhüseynli kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub,  önünə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rüstəmli İbrahim Mirzağa oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarmızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Vətən müharibəsində şəhid olmuş İbrahim Rüstəmlinin atası və digər çıxış edənlər şəhidlə bağlı xatirələrini bölüşərək şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.

Zerdab.com