Şəhid gizir Fərid Rüstəmov Zərdabın Gəndəbil kəndində dəfn edildi – FOTOLAR

0
379
zerdab-sehid-ferid-rustemov.png

Zərdab rayonunun Gəndəbil kəndindən olan kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu Ermənistanın törətdiyi son təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

Zerdab.com saytı xəbər verir ki, sentyabrın 14-də şəhid Fərid Rüstəmovla Gəndəbil kəndində vida mərasimi keçirilib.

Mərasimdə rayon sakinləri, ictimaiyyət nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, şəhidimiz ailəli idi, iki övladı var.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın genişmiqyaslı təxribatının qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçusu olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Zerdab.com

Bir 18 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Bir 2 nəfər, uşaq və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 1 nəfər, hərbi forma və bunu deyən yazı "Şahidin Var Azarbaycan 13.09.2022" şəkili ola bilər