Nazir Vilayət Eyvazov polis mayoru Rəşad Xəlilovu yüksək vəzifəyə təyin etdi

0
330
resad-xelilov-zerdab-dyp

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Zerdab.com saytı xəbər verir ki, polis mayoru Rəşad Xəlilov Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumat üçün bildirək ki, həmyerlimiz, polis kapitanı Rəşad Xəlilov uzun illər Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi işləyib.

Bir müddət əvvəl Rəşad Xəlilov “Əla xidmətlərə görə” döş nişanı ilə təltif edilib.

Qeyd edək ki, Rəşad Xəlilov həm rayonumuzda, həm də bu vəzifəyədək çalışdığı Hacıqabul rayonunda müsbət imici ilə tanınan daxili işlər orqanı əməkdaşlarından olub.

Həmyerlimizi təbrik edir, ona yeni və məsuliyyətli işlərində uğurlar arzulayırıq.

Zerdab.com