Zərdab gülməcələri – 5

1
6563

Allahqulubağında toyda Ağəli görür ki, biri onun-bunun boşqabına çox baxır. Ayağa durub tost deyir:
– Bunu da içək özü burada olub, gözü onun-bunun boşqabında olanların sağlığına 🙂

—————————————————————————-
***
Rusiyadan təzə gəlmiş bir zərdablı arılar üçün təhnə düzəldirmiş. Bunu görən qonşu ondan soruşur:
– Bu nədir belə?
– Eto bolşoy yeşik, malinki deşik, arılar ordan dızzı-bızzı… 🙂

———————————————————————————-
***
Zərdabda öz lətifələri ilə yaxşı tanınan Şükür Əmioğlunun bir dəfə inəyi itir. İnəyi axtara-axtara Veysəlqaraya (Veysəl Qarani) nəzir deyir. Bir az da gəzdikdən sonra inəyi tapır. Aradan xeyli vaxt keçir. Ancaq nəziri vermir. Bir gün inəyi yenə itirir. Axtara-axtara gəlib çıxır meşənin kənarına. Görür inəyi canavar parçalayıb. Bunu görən Şükür Əmioğlu deyir:
– Ya Veysəlqara, mən səninlə raşot 🙂

1 comment

Comments are closed.