Zərdab sakininin 1992-ci ildə Kəlbəcərdə kahada yazdığı yazı – VİDEO

0
58
kelbecer-baslibel-faciesi-zerdab1

Başlıbel faciəsinin növbəti ildönümüdür.

Zerdab.com saytı xəbər verir ki, bu foto isə Kəlbəcər işğaldan azad olunandan sonra Barıtlı kahası adlı yerdə çəkilib. Fotoda görünən bu yazının kədərli və qürurlu tarixi var.

Başlıbel hadisələrinin canlı şahidi, Zərdab rayonundan olan Cəlləd Abbasovun Kəlbəcərdə mühasirə zamanı Barıtlı və Nəbi adlı kahalarda yazdığı yazı hələ də o günlərin xatirəsi kimi qalır.

Cəllad Abbasov Zerdab.com saytının “facebook” səhifəsindəki paylaşıma belə bir şərh yazıb: “Salam. Mən Cəllədəm, bu videonu çəkib paylaşan qardaşa təşəkkür edirəm. Mən o yazını Barıtlı kahada yola düşən gün yazmışdım ki, gəlib çıxa bilməsək, nə vaxtsa, bura gələnlər oxuyarlar, bilərlər ki, burada mən də yaşamışam. Nəbi kahasında da yazmışam. Paylaşanlara təşəkkür edirəm. Amma bizim o qədər əziyyətimiz dəyərləndirilmədi, Allahın veteranlığı da bizə verilmədi”.

Başqa bir həmyerlimiz – Zərdab rayonunun Qaravəlli kəndindən olan Abdullayev Vüqar İsa oğlu isə 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Allahdan şəhid Vüqar qardaşımıza rəhmət, Cəlləd Abbasov qardaşımıza isə cansağlığı diləyirik.

Qeyd edək ki, paylaşılan bu foto Namiq Məhəmmədi adlı qardaşın Barıtlı kahadan çəkib hazırladığı videodan götürülüb. Videonun linkini paylaşırıq. Maraqlananlar girib daha ətralı baxa bilərlər.

Xatırladaq ki, 1993-cü ilin aprel ayının əvvələrində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən  həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı  xüsusi amansızlıq və qəddarlıq  nümayiş etdiriblər.

Zerdab.com