Əfv sərəncamı Zərdab Rayon Məhkəməsinin hökmü ilə məhkum edilən bu şəxslərə də şamil olundu – ADLAR

0
172
zerdab-rayon-mehkemesi-sedr-mehkeme.png

Xəbər verdildiyi kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.

Zerdab.com saytı xəbər verir ki, Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilən və cəzanın çəkilməmiş hissəsindən azad edilənlər arasında Zərdab Rayon Məhkəməsinin hökmü ilə məhkum edilən şəxslər də var.

Zerdab.com saytı həmin şəxslərlə bağlı məlumatları təqdim edir:

  1. Bədəlov Akif Nağı oğlu, 1960-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zərdab Rayon Məhkəməsinin 2022-ci il 4 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
  2. Həsənov Nazim Sərkar oğlu, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zərdab Rayon Məhkəməsinin 2021-ci il 19 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
  3. İslamov Vüsal Bəxtiyar oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zərdab Rayon Məhkəməsinin 2018-ci il 24 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
  4. İsmayılov Xankişi İsmayıl oğlu, 1960-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zərdab Rayon Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

Zerdab.com