2013-cü ildə Zərdabın Yuxarı Seyidlər kəndinə yaxın ərazidə nələr aşkarlanıb? – Maraqlı faktlar

0
15690
zerdab-yuxari-seyidler-intihar

2013-cü ildə Zərdab rayonunun Yuxarı Seyidlər kəndinə yaxın ərazidə Qanlıca gölünün qərb hissəsində iki təpəlikdə – Yerağzı yaşayış yeri qeydə alınmış və arxeoloji tədqiqat işləri zamanı iki mədəni təbəqənin olduğu müəyyən edilib.

Əkin sahələrinin kənarında yerləşən yaşayış yerində əvvəlki illərdə də şumlama işləri zamanı maddi mədəniyyət nümunələri və Atabəylər dövrünə aid mis pullar tapılıb.

Təpələr arasında 200 metr məsafə var.

Onlardan birinin sahəsi 300 kv.m, digərinin isə 200 kv.m olmaqla yaşayış yerinin ümumi sahəsi təxminən 500 kv.m-lik bir ərazini əhatə edir.

Arxeoloji tədqiqat işləri zamanı həm ilk orta əsr, həm də IX – XIII əsrlərə aid saxsı nümunələri, şirsiz və şirli gil qab nümunələri, çıraqlar və s. əldə olunub.

XII əsrin sonu – XIII əsrin əvvəllərində hazırki kəndin ərazisinə Quba ərazisindən Seyyid Şahmərdan və ailəsi, o cümlədən, onlarla birlikdə beş ailə köçmüş və Yuxarı Seyyidlər kəndinin əsasını qoyub.

Hazırda kənd qəbiristanlığında Seyyid Şahmərdan və yaxınlarının məzarları qalmaqdadır.

Elmi təqiqatlar burada ilk orta əsrlərdə kənd tipli yaşayış yerinin, IX – XIII əsrlərdə isə bu zəmin əsasında şəhər tipli yaşayış yerinin olduğunu deməyə imkan verir.

Ehtimal ki, yuxarıda qeyd etdiyimiz məlumatlar məhz Yerağzı yaşayış yerinə uyğun gəlir və orta əsr Bərdic şəhərinin burada olması mümkün idi.

Əliyev Taleh Vasif oğlu

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, elmi işçi, dissertant