Zabitimiz xəstəlikdən vəfat etdi

0
26

Zərdab rayonundan hərbi xidmətə çağırılan Azərbaycan Ordusunun zabiti ölüb. www.zerdab.com saytına verilən məlumata görə, hadisə Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında qeydə alınıb. Xəstəliyi ilə əlaqədar hospitala yerləşdirilən, mayor Əliyev Ehtiram Seyfəddin oğlu dünyasını dəyişib. www.zerdab.com saytı xəbər verir ki, Zərdab rayonundan hərbi xidmətə çağırılan 1968-ci il təvəllüdlü hərbçinin ürək və ağciyər çatışmazlığından vəfat etdiyi bildirilib. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyiblər.
www.zerdab.com