Həmyerlimiz, plastik cərrah Araz Salmanov

0

www.zerdab.com saytının məlumatına görə, Salmanov Araz İsaq oğlu 18 aprel 1979-cu ildə Zərdab şəhərində anadan olub. 1995-ci ildə Zərdab şəhər 1 nömrəli orta məktəbi fərqlənmə ilə bitirib. Eyni ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakültəsinə daxil olub. 2001-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında 1-ci Cərrahiyyə Şöbəsində həkim-interna olaraq işə başlayıb. 2002-ci ildə interna kursunu müvəffəqiyyətlə bitirərək ümumi cərrah ixtisası alıb. 2003-cü ildə İzmir şəhəri Dokuz Eylül universiteti Plastik, Rekonstruktiv və Estetik cərrahiyyə kafedrasında asistent olub. 2010-cu ildə ixtisası müvəffəqiyyətlə bitirərək həkim-mütəxəssis adı alıb. Elə həmin il aprel ayında vətənə dönərək Bakı şəhəri Mərkəzi Klinik Xəstəxanada Plastik cərrah olaraq işə başlayıb və hazırda orada çalışır. www.zerdab.com saytı olaraq dəyərli həmyerlimizə həm iş, həm də şəxsi həyatında uğurlar arzulayırıq.

www.zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

13 + 14 =