Zərdablı qadının başını kəsdilər, azyaşlı övladı görüb şoka düşdü

0

Bakı şəhərinin Suraxanı rayonu ərazisində qətl hadisəsi törədilib. www.zerdab.com saytının Rayon Polis İdarəsinə istinadən verdiyi məlumata görə, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində 1977-ci il təvəllüdlü Əminə Qədimova qeyri-rəsmi nikah münasibətində yaşadığı Fikrət Cavadov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. F.Cavadov qadına çoxsaylı kəsici-deşici zərbələr endirib. Qadın hadisə yerində ölüb. Hadisə küçənin ortasında baş verib. Olay baş verən zaman Ə. Qədimovanın azyaşlı övladı da yanında olub. Anasnın qətlindən uşaq şoka düşüb. Ona tibbi yardım göstərildikdən sonra yaxınlarına təhvil verilib. www.zerdab.com saytının verdiyi məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, hadisəni törədən şəxs Sabirabad rayon sakini, qətlə yetirilən şəxs – Əminə Qədimova isə Zərdab rayon sakinidir. Onlar qeyri-rəsmi nikah münasibətlərində imişlər. Hadisəni törətmiş F.Cavadov könüllü olaraq Suraxanı RPŞ 32-ci PB-nin əməkdaşlarına təslim olub.

Nərmin İlqarqızı, www.zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × three =