Zərdab gülməcələri – 6

0
5799

Bir dəfə Zərdablı İsfəndiyarın motosikleti yolda xarab olur. Bir-iki təpik vurur ki, bəlkə işə düşə. Bunu görən Hümmət müəllim İsfəndiyara sataşmaq üçün deyir:
– Nə olub Ay İsfəndiyar, ürəyi ağrıyır?
İsfəndiyar özünü sındırmayıb deyir:
– Yox, xasiyyəti belədir – müəllim görəndə utanır 🙂

***
==================================================================

Gəlin gələndə atası evindən fərli-başlı cehiz gətirməyən Ruqiyyə bir gün həyat yoldaşı Zərdablı İsfəndiyara gileylənib deyir:
– Ay İsfəndiyar, oğlan evi olaraq vaxtında mənə yaxşı şal-parça da gətirmədiniz, indi tikib geyinərdim əynimə. Geyməyə paltar da tapmıram.
İsfəndiyar söz altda qalmayıb deyir:
– Sən öləsən, demirsənmi ki, dədən evindən gətirdiyin pianonu çalmaqdan barmaqlarım lap mazol olub 🙂
====================================================================
***
Biri bazarlıq edirmiş. İçərisindəki qoz olan sumkanı qılçlarının arasına qoyub satıcıya pul verir. Biri də onun başının qarışdığını görüb qozu arxadan bir-bir zənbildən götürür. Bunu görən Zərdablı İsfəndiyar deyir:
– Ə, arada ağacdan da üz 🙂