Prezident həmyerlimizə “Əməkdar Elm Xadimi” fəxri adı verdi

0

Prezident İlham Əliyevin 18 iyun 2012-ci il tarixli sərəncamı ilə ölkəmizin bir qrup səhiyyə işçisinə fəxri adlar verilib. Sərəncama əsasən, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə həmyerlimiz, İsayev İsa Hüseyn oğluna Azərbaycan Respublikasının “Əməkdar Elm Xadimi” fəxri adı verilib. İsa İsayev 1950-ci ildə Zərdab rayonunun Məlikli kəndində doğulub. Azərbaycan Milli Onkologiya Mərkəzinin professoru, tibb elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının müxbir üzvü, Amerika və Rusiya terapevt-onkoloq-radioloq cəmiyyətlərinin həqiqi üzvüdür. 180-dən çox elmi işin, bir neçə monoqrafiyanın, tibbi dərsliklərin müəllifidir. 10-a yaxın tibb elmləri namizədi hazırlayıb. www.zerdab.com saytının kollektivi dəyərli həmyerlimizə həm iş, həm də ailə həyatında uğurlar arzulayır.