Prezidentin medalla təltif etdiyi kənd icra nümayəndəmiz…

0
23

Prezident İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə Zərdab rayonunun Gəlmə kənd icra nümayəndəsi Mənafov Cəfər Xəlil oğlu uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Cəfər Mənafov bu diqqətinə görə dövlət başçısına təşəkkürünü bildirib: “Bu xəbəri eşidəndə həm sevindik, həm də qürur hissi keçirdik. Prezidentin Zərdab rayonuna diqqəti bizi çox sevindirir. Cənab Prezidentə minnətdarlığımızı bildiririk”. Qeyd edək ki, son illər Gəlmə kəndində yeni poçt binası, Qarabağ müharibəsi veteranları üçün fərdi evlər inşa edilib, təbii qaz xətti çəkilib və s.

www.zerdab.com