“Azərsu”dan Kür suyu ilə bağlı xəbərdarlıq

0
26

Son günlər ölkə ərazisinə düşən yağıntı ilə əlaqədar dağ çaylarındakı sel və daşqınlar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsi normadan dəfələrlə yüksəkdir. Suyun həddən artıq bulanıq olması ilə əlaqədar (emal üçün suyun yolverilən bulanıqlıq həddi 2000 mq/litr-ə qədər olduğu halda, hazırda bu göstərici 50000 mq/litr-dən yüksəkdir) 11 iyul 2012-ci il tarixində Kür Sutəmizləyici Qurğular Kompleksinin işində fasilələr tətbiq ediləcək.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi