Jalə Əliyeva: “Buna dözə bilmərik”

1
26

Millət vəkili, MM-in Mədəniyyət komitəsinin üzvü, filologiya elmləri doktoru Jalə Əliyeva Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun çap etdiyi “Azərbaycan Folkloru Külliyyatı”nın VI cildində, “Nağıllar” kitabında yer alan “Arzuolunmaz kürəkən” lətifəsinə münasibət bildirib. Oxucular üçün daha aydın olsun deyə, qeyd edək ki, nağıl bölgələrdən birinin ləhcəsi ilə verilib və qeyri-etik sözlərdən ibarətdir. Millət vəkili qeyd edib ki, bu addıma, hərəkətə qiymət verməyə söz belə tapmır:  “Heç özüm də bilmirəm ki, buna nə deyim? Buna axı, nə deyəsən?  Axı, biz böyüklər hər zaman  ağızdolusu uşaqlarımızın, övladlarımızın milli ruhda, əxlaqlı, tərbiyəli, vətənpərvər, savadlı nəsil kimi böyüməsini arzulayırıq və hər yerdə də bunu deyirik. İndi sual olunur ki, biz məgər bu cür “sənət nümunəsi” ilə uşaqlarımızı böyüdür, tərbiyə edir və sabaha hazırlayırıq? Axı, bu işə qol qoyan adamlar bunu düşünmürlər, daha doğrusu, düşünməyiblər, görəsən? Axı, necə ola bilər ki, onlar belə bir hərəkətə, işə açıq-aşkar göz yuma biliblər? Axı, buna nə ad vermək olar? Bizə milli ruhda, vətənpərvərlik ruhunda olan əsərlər lazımdır, yoxsa, əxlaqsızlığı, tərbiyəsizliyi, insanların, regionların aşağılanmasını təlqin edən “əsərlər”? Yaxşı olardı ki, buna ilk növbədə həmin  cavabdehlik daşıyan şəxslər özləri cavab versinlər, verəydilər və məsləyə aydınlıq gətirsinlər, gətirəydilər… Bununla belə, hesab edirəm ki, tezliklə bu məsələ araşdırılmalı və ciddi ölçü götürülməlidir. Biz sabahımız, gələcəyimiz olan övladlarımızın, uşaqlarımızın bu şəkildə korlanmasına heç cür razı ola və buna dözə bilmərik”.

1 comment

  1. Nagildan xeberim yoxdu ama eger burda yazilanlar kimidise men tamamile raziyam

Comments are closed.