Zərdab rayonunda kurikulum təlimləri başlayıb – fotolar

0
25

2012-2013–cü tədris ilində Zərdab rayonunda ümumtəhsil məktəblərinin V sinfində dərs deyəcək fənn müəllimləri üçün kurikulum təlimləri başlanıb. www.zerdab.com saytının yaydığı məlumata görə, həyat bilgisi, fiziki tərbiyə və texnologiya fənləri üzrə beş qrupda məşğələləri Azərbaycan Universitetinin beş təlimçisi aparır. Belə ki,  “Həyat bilgisi” fənni üzrə təlimçi Solmaya Əmirəliyeva, “Fiziki tərbiyə” fənni üzrə təlimçilər Rövşən Qasımov  və Təhminə Süleymanzadə, “Texnologiya” fənni üzrə təlimçilər Rüxsarə Ələkbərova və Arzu Kərimova məşğələlərə başlamışlar.

Zərdab şəhər 1 nömrəli məktəb–liseyində iyulun 10-dan başlanan təlimlər ayın 20-dək davam edəcək.

www.zerdab.com