Gənclər Günü münasibəti ilə fərqlənən zərdablı gənclər mükafatlandırıldılar

5

Zərdab rayonunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirildi. Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev gəncləri əlamətdar gün münasibəti ilə təbrik etdi. Lütvəli Babayev 2011-2015-ci illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramının Prezident İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirildiyini, gənc nəslin ictimai həyatımızda get-gedə artan rolunu xüsusilə vurğuladı. Rayon icra hakimiyyətinin başçısı bu gün Zərdabda təhsil, mədəniyyət sahələrində, yeni açılan iş yerlərində çalışanların əksəriyyətini gənclər təşkil etdiyini söylədi.
Tədbirdə ötən il rayonda gənclər mərkəzinin istifadəyə verilməsinin gənc nəslin təlim-tərbiyəsində, onların təşkilatlanmasında rolundan, gənclərlə bağlı çoxsaylı tədbirlərdən danışıldı. Son illər idmanın inkişafından bəhs olunaraq bildirildi ki, təkcə 2011-ci ildə idmançılar 31 rayondaxili, 10 zona, 11 respublika yarışlarında iştirak ediblər. Zərdablı idmançılar ötən il Azərbaycan çempionatında 11 qızıl, 5 gümüş, 2 bürünc, beynəlxalq yarışlarda isə 10 qızıl, 5 gümüş, 7 bürünc medal qazanıblar. Tədbirdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2012-ci ilin Azərbaycanda “İdman ili” elan edilməsinin respublikamızda, o cümlədən Zərdabda idmanın daha da inkişafına təkan verəcəyi diqqətə çatdırıldı. Mərasimdə elm, təhsil və idman sahələrində fərqlənən bir qrup gəncə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi. Rayonun bədii özfəaliyyət kollektivlərinin tədbir boyu təqdim etdikləri musiqili-əyləncəli proqram iştirakçılarda xoş ovqat yaratdı.

5 ŞƏRH

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 + 18 =