Bu gün 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

0

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün ali məktəblərə 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətinin məlumatına görə, 3-cü qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. Onlardan 16028 nəfəri orta ümumtəhsil müəssisələrini cari ildə bitirib. İmtahan Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçirilir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat ərzində aparılacaq. III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. Qeyd edək ki, en yaşlı abituriyent 1956-cı il, ən gənci isə 1997-ci il təvəllüdlüdür.