Abdulla Abdullayev: “İllərin sınağından çıxmış dərmanları tövsiyə edirəm”

6

Zərdab Rayon Mərkəzi Xəstəxanasının kardioloqu Abdulla Abdullayevlə müsahibə.

– Abdulla həkim, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının artmasını, ilk növbədə, nə ilə izah edərdiniz?

– Ölümlə nəticələnən və insanlar arasında daha geniş yayılan ürək-damar xəstəliklərindən hipertoniya, ürəyin işemiyası və miokard infarktını xüsusi qeyd etmək istəyirəm. Ävvəllər ürək-damar xəstəlikləri üçün, xüsusən miokard infarktı üçün qorxulu hədd 55-59 yaş arasında idi. Son 10-15 il ərzində ürək-damar xəstəlikləri, xüsusən miokard infarktı xeyli “cavanlaşıb”. Ägər əvvəllər miokard infarktına daha çox 60-75 yaşlı insanlarda qeydə alınırdısa, indi bizə müraciət edənlərin çoxu 35, 40, 50 yaşlı insanlardır. Xəstəliyin artmasını və cavanlaşmasını müəyyən səbəblərlə əlaqələndirmək olar. Bunlardan sosial və ekoloji amilləri xüsusi qeyd etmək olar. Müstəqillik illərində cəmiyyətimizdə baş verən müəyyən hadisələrlə əlaqədar insanların sinir sistemləri, əsəbləri sanki tarıma çəkilib. Necə deyərlər, bu gün çoxlarının orqanizmi o gərginliyi həzm etməyə bir o qədər də hazır deyil.
Həm hipertoniya, həm ürəyin işemiyası, həm də miokard infarktını doğuran ayrı-ayrı səbəblər var. Məsələn, yüksək təzyiq, şəkər xəstəliyi, oturaq işlər, həddindən çox qida qəbul edib, az enerji sərf etmək ürəyin işemiyasına səbəb olur. Bu gün həm Rusiyada, həm də İranda işemiya və stenokardiyadan əməliyyat olunan soydaşlarımızın sayı çoxdur.

– Ürək damar xəstəliklərinin qarşısını almaq və bunun infarktla nəticələnməməsi üçün nələrə diqqət edilməlidir?

– Düzgün qidalanmaya riayət edilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq, vaxtlı-vaxtında həkim müayinəsindən keçmək infarktın qarşısını ala bilər. Bundan əlavə, təkrar infarkt üçün risk faktorları var. Məsələn, bir adam infarkt keçirir, ancaq diqqət göstərmir və müəyyən müddətdən sonra təkrar infarkt keçirir. Təkrar infarkt üçün risk faktorlarına hipodenamiya, yəni az hərəkətlilik, piylənmə, şəkər xəstəliyi, həddindən çox siqaret çəkmək və s. aiddir. Bu cür xəstələr qanda xolesterinin artmaması üçün yağlı ətlərdən hazırlanmış qidalardan çəkinməli, əsəb sistemlərini qorumalı, təzyiqi varsa, onu nəzarətdə saxlamalıdırlar. Bundan əlavə, stress və ağır fiziki işlə məşğul olmaq da infarktla nəticələnə bilir. Ona görə də infarkt xəstələri mütləq dispanser müşahidəyə götürülməli və həkim nəzarətində saxlanılmalıdırlar.

– Bəs ağır fiziki iş hansı hallarda infarkt yarada bilər?

– Sualınıza bir neçə il  öncə Rusiyada baş vermiş bir hadisəni nəql etməklə cavab vermək istəyirəm. Hadisə bu cür baş vermişdi: Ata 5-ci sinifdə oxuyan qızına xizək alır. Qızcığaz xizəyi çox sevdiyi üçün  qonşudakı uşaqların bir neçəsini ona mindirib, fasilə vermədən sürür. Səhəri gün isə həmin qız gözlənilmədən xəstələnir və dünyasını dəyişir. Meyiti yaran həkimlər balaca qızcığazın infarkt nəticəsində öldüyünü müəyyən edirlər. Sən demə, bu quzcığaz xizəyin üstündə uşaqları o tərəf-bu tərəfə o qədər dartıb, sürüb və özünü fiziki gücə salıb ki, infarkt keçirib. Ağır fiziki güc yaşından asılı olmayaraq, bütün insanlarda infarkta səbəb ola bilər. Ona görə də həmişə diqqətli olmaq lazımdır.

– İnfarkta həm də “ağıllı insanların xəstəliyi” deyirlər… Bu fikirlə razısınızmı?

– Cəmiyyətimizdəki proseslər hər bir insana təsir edir. Bütün cəmiyyətlərdə problemlər var. Ancaq kimlər ki, cəmiyyətimizdə mövcud olan çatışmazlıqları daha çox görürlər, daha həssas yanaşırlar, onlar ürək xəstəliklərinə daha meyillidirlər. Kimlər ki, heç nəyə əhəmiyyət vermir, necə deyərlər, dünya onların veclərinə də deyil. Adam tanıyıram 70 yaşı var, amma 50 yaşındakı adamdan da cavandır. Çünki istər ailədə, istərsə də cəmiyyətdə, hansı problem olursa-olsun, ondan narahat olmur. Amma elə adam da var ki, xırda bir şeydən ötrü o qədər fikirləşir ki, axırda xəstələnir. Son vaxtlar insanların çoxunda stress halları artıb. Məsələn, havadakı maqnitləşmə SSR-i dövründə də mövcud olub. O vaxtlar bu barədə məlumat verilmirdi ki, camaatda vahimə yaranmasın. Ancaq indi bu barədə mütəmadi məlumat verirlər və hətta xəstə olmayan insanlar da stresə düşürlər. Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti də ürək-damar xəstələrinə mənfi təsir göstərir. Aran bölgəsində bu problem özünü daha qabarıq göstərir. Bu mənada Qəbələ, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında vəziyyət daha kritikdir. Hətta həmin rayonlarda yaşayanlar bildirirlər ki, həftənin 2 və 5-ci günləri şüalanma daha çox olur.

– Kardioloji xəstəliklərin müalicəsi məqsədilə yeni-yeni dərmanlar kəşf olunur. Bu cür dərmanlardan istifadə ölkəmizdə hansı səviyyədədir?

– SSR-i dövründə dərmanların üzərinə belə bir mətn yerləşdirilirdi: “Bu dərmanın SSRİ ərazisində istifadəyə yararlı olduğu təsdiq olunur”. Həmin dövrdə gətirilən dərmanlar müəyyən klinikalarda sınaqdan keçirilirdi və yalnız bundan sonra istifadəsinə icazə verilirdi. Ancaq indi Azərbaycanda elə dərmanlar var ki, onunla bağlı məlumatı heç bir yerdən əldə etmək mümkün deyil. “Hər şeyin təzəsi, dostun köhnəsi” misalını dərmanlara da aid etmək olar. Åəxsən bir kardioloq kimi mən illərin sınağından çıxmış, özünü doğrultmuş dərmanlardan istifadəni daha çox tövsiyə edirəm.

Söhbətə görə sağ olun. Bütün soydaşlarımıza və elə həkimlərimizə də sağlam həyat arzulayırıq.

6 ŞƏRH

  1. abdulla hekim sayilib sevilib secilen kardioloqdur kimin ureki xestedirse dermanini abdulla hekimde tapar size uzun omur can sagligi arzu edirem xestenin sefasi hekimin elindedir allah sizi qorusun

  2. salam. anonim yazan duz deyirsen ABDULLA DOKTORUN reklama ehtiyaci yoxdur. o şeher seviyyeli hekimdi. ozumu senin seviyyene salmaq istemirem . amma sen ve vekili oldugun hekimler onun eline su tokmeye yaramir. qanacagin olsun.

  3. ALLAH her kesin nece oldugunu bilir ve layiqli qiymetini verir. duz danisan her adamin seviyyesine dusme . atalarin bezi yaxsi sozu var burda demirem. amma qismet olsa goruserik. emailimi istesen vererem.sag ol

  4. allah canini sag etsin gozumu acandandan Abdulla hekimi savadli urek hekimi kimi tanimisiq ailevi suretde bildiyim qederde ozude seyid ailesidi

  5. sag olun. meni taniyan olsa burda yazmasin. kim elaqe saxlamaq istese email yazsin . cavab verim. Burda eleleri var ki, danisiqlarin bilmir ona gore taninmaq istemirem

Şərh yaz

Please enter your comment!
Please enter your name here

1 + seven =